Rutte: “Atəşkəs münaqişənin sülh yolu ilə həllində ilk addım olmalıdır”

Dünya

23.10.2025 - 13:52

NATO Donald Trampın hərbi əməliyyatların tamamilə dayandırılması ideyasını dəstəkləyir

NATO-nun baş katibi Mark Rutte Ukraynadakı münaqişənin həllindən danışıb. AYNA.AZ “Fox News”a istinadən bildirir ki, NATO baş katibinin sözlərinə görə, atəşkəs münaqişənin sülh yolu ilə həllində ilk addım olmalıdır.

Rutte əlavə edib ki, o ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatların tamamilə dayandırılması ideyasını dəstəkləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş