27 faiz hücumun İŞİD terrorçuları tərəfindən törədildiyini güman edir
Rusların təxminən yarısı “Crocus City Hall”da törədilən terror aktının arxasında Ukrayna rəhbərliyinin dayandığına inanır. Digər 27 faiz isə hücumun İŞİD terrorçuları tərəfindən törədildiyini güman edir. AYNA xəbər verir ki, bu barədə “The Financial Times” “OpenMinds” təşkilatının onlayn sorğusunun məlumatlarına istinadən yazır.
Rusların 6 faizi isə “kollektiv Qərbi”, yəni ABŞ, Böyük Britaniya və NATO-nu günahlandırır. 5 faizdən az adam “Crocus”a hücumun Ukraynadakı müharibənin rus veteranları və ya Rusiya hakimiyyəti tərəfindən təşkil olunduğu versiyaya inanır.
Ümumilikdə, “OpenMinds”in məlumatına görə, sorğuda 652 nəfər iştirak edib.