Rusiyanın Mozambikdəki səfiri ölüb

Dünya

12.05.2024 - 19:31

Həkimlər Klinikalar SEO Xidməti

Aleksandr Surikov qəfil dünyasını dəyişib

Rusiyanın Mozambikdəki səfiri Aleksandr Surikov 68 yaşında Maputoda qəflətən vəfat edib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiya XİN-dən əlavə edilib ki, rəsmi nekroloq dərc olunacaq. Diplomatın ölümünün ilkin səbəbi insult olub.

Aleksandr Surikov 1956-cı ildə anadan olub, 1978-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin MDBMİ Universitetini bitirib. Diplomat iqtisad elmləri namizədi elmi dərəcəsinə malikdir. İngilis, ispan və portuqal da daxil olmaqla bir neçə dildə danışa bilirdi. 2016-2017-ci illərdə XİN-in Afrika Departamentinin direktor müavini olub. 2017-ci ilin iyulunda Surikov diplomatik nümayəndəliyə rəhbərlik edib, 2022-ci ilin sentyabrında isə ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş