Rusiyanın ABŞ-dakı səfiri Moskvaya qayıdıb

Dünya

06.10.2024 - 11:38

Həkimlər Klinikalar SEO Xidməti

Anatoli Antonov Rusiyanın ABŞ-dakı səfiri kimi işini başa vurub

Anatoli Antonov Rusiyanın ABŞ-dakı səfiri kimi işini başa vurub. AYNA xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyindən bildirilib.

Məlumata görə, Antonov artıq Moskvaya qayıdıb.

Rusiyanın ABŞ-dakı yeni səfirinin kim olacağı hələlik məlum deyil. Rusiya Xarici İşlər Nazirliyi Antonovun geri qayıtması ilə bağlı məlumatı hələ şərh etməyib.

Antonov 2017-ci ildən Rusiyanın ABŞ-dakı səfiri vəzifəsində işləyib. İyulun əvvəlində mətbuat onun səfir kimi fəaliyyətini yaxın vaxtlarda başa vura biləcəyini yazmışdı. Daha sonra Antonov “Telegram”da diplomatik missiyasının başa çatmaq üzrə olduğunu yazmışdı.

Antonov Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə beynəlxalq sanksiyalar altındadır.

Diplomat ABŞ və Rusiya arasında gərgin münasibətlər fonunda diplomatik nümayəndəliyə rəhbərlik edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş