Rusiyalı jurnalist Andrey Karaulov axtarışa verilib

Dünya

24.11.2022 - 15:18

Axtarışla bağlı məlumatlar Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında dərc edilib

Rusiyanın tanınmış jurnalisti və teleaparıcısı Andrey Karaulov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində axtarışa verilib. AYNA “İnterfax”a istinadən bildirir ki, Karaulovun axtarışı ilə bağlı məlumatlar Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında dərc edilib.

Qeyd edək ki, jurnalist noyabrın 3-də səhər saatlarında “böhtan” maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi) ilə başlanmış cinayət işi ilə bağlı evində axtarış aparıldığını bildirmişdi. Lakin axtarışdan sonra Karaulov cinayət işi üzrə şahid olduğunu açıqlamışdı. Jurnalistin sözlərinə görə, axtarış zamanı o, Dubayda olub və müalicə üçün oraya gəlib.

İndi isə məlum olur ki, Karaulov şəhid yox, təqsirləndirilən şəxs qismində axtarışa verilib.

Karaulov sovet və rus jurnalisti, teleaparıcı, bloqqerdir. "Həqiqət anı" (1992-2016) və "Rus dövrü" (1998-2006) məşhur jurnalist proqramlarının müəllifi və aparıcısı.

Müəllif: Ayna.az