Rusiyadan Ermənistana kənd təsərrüfatı məhsullarının ixracı 15 faiz artıb

Dünya

17.11.2026 - 18:10

“Kənd təsərrüfatı ixracının Aİİ və ŞƏT ölkələrinə daha da genişləndirilməsi üçün yaxşı perspektivlər görürük"

Rusiyanın Qazaxıstana kənd təsərrüfatı ixracı 2026-cı ildə 18%, Belarusa 11%, Qırğızıstana 24% və Ermənistana 15% artıb. Raps unu, quzu əti, qarğıdalı, kərə yağı, buğda, noxud və bir çox digər məhsullar artımı təmin edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə "Agroexport"un rəhbəri İlya İlyuşin deyib.

"Müsbət təchizat dinamikasına və Rusiya şirkətlərinin artıq bir çox bazarlarda əhəmiyyətli paya sahib olmasına baxmayaraq, Rusiyanın kənd təsərrüfatı ixracının Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ŞƏT ölkələrinə daha da genişləndirilməsi üçün yaxşı perspektivlər görürük", - deyə bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş