Krım körpüsündə qatar və nəqliyyat vasitələrinin hərəkəti ikinci Ukrayna dron hücumu səbəbindən dayandırılıb
Bu gecə Ukrayna ordusu Krım körpüsünə yenidən hücum edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.
Qeyd olunub ki, 16 və 17 noyabr tarixlərində Ukrayna dronlarının hücumlarından sonra körpünün konstruksiyasına dəyən ziyan aşkar edilib.
"Struktur ziyan var", deyə bildirilib.
İstintaq hadisənin bütün hallarını və əlaqəli şəxsləri müəyyənləşdirir. Terrorizm maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, 17 noyabr gecəsi Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə yenidən hücum edib. Tələfat olmayıb.
Krım körpüsündə qatar və nəqliyyat vasitələrinin hərəkəti ikinci Ukrayna dron hücumu səbəbindən dayandırılıb.