Bəzi yerlərdə daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarı tamamilə dağılıb.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Aktübinsk su anbarından axan suyun da həcmi artıb.
Eyni zamanda Orenburqun yaxınlığındakı Çelyabinsk vilayətinin 4 rayonunda və Trotski şəhər dairəsində də daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.