Hadisə Kandalakşa bölgəsindəki Knyajaya stansiyasında baş verib
Rusiyanın Murmansk vilayətində sərnişin qatarı yük qatarı ilə toqquşub. AYNA “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə Kandalakşa bölgəsindəki Knyajaya stansiyasında baş verib.
Qeyd olunub ki, yük qatarı stansiyada relsdən çıxıb və Murmanskdan Sankt-Peterburqa gedən ikimərtəbəli qatarla toqquşub. Nəticədə 14 nəfər yaralanıb. Xəsarət alanlardan biri uşaqdır.