Seçkilər üç gün davam edə bilər
Rusiyada prezident seçkisinin keçiriləcəyi tarix bəlli olub. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, Rusiyada növbəti prezident seçkisi gələn il martın 17-də keçiriləcək.
Prezident seçkisi üç gün davam edə bilər. Bu barədə isə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova Federasiya Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, seçki martın 15, 16 və 17-də keçirilə bilər. MSK müvafiq qərar layihəsinə dekabrın 8-də baxacaq.
Pamfilova qeyd edib ki, üç günlük səsvermə tələbi Rusiya vətəndaşlarından gəlib.