Rusiyada müqavilə ilə hərbi xidmətə cəlb olunanların sayı açıqlanıb

Dünya

03.09.2023 - 12:49

cedabet dərman SEO Xidməti

Medvedev: “Yanvarın 1-dən silahlı qüvvələrə 280 minə yaxın adam müqavilə ilə xidmətə qəbul edilib”

2023-cü il yanvarın 1-dən Rusiya silahlı qüvvələrində müqaviləli xidmətə təxminən 280 min nəfər qəbul edilib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev deyib.

"Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 1-dən indiyədək 280 minə yaxın insan silahlı qüvvələrin sıralarına qəbul edilib", - Medvedev bildirib.

O qeyd edib ki, müqavilə ilə xidmətə götürülənlərin bir qismi ehtiyatda olan, bir qismi isə könüllüdür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş