Rusiyada məktəb avtobusu aşıb, 15 uşaq xəsarət alıb

Dünya

20.08.2023 - 03:51

Avtobusda 20 nəfərin olduğu bildirilib

Rusiyanın Perm vilayətində məktəb avtobusu yoldan çıxaraq aşıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Hadisə nəticəsində 15-i uşaq olmaqla 16 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, avtobusda 20 nəfər olub.

Avtobusdakı uşaqlar 14-17 yaş arasında olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş