Rusiyada gündəlik rekord ölüm qeydə alınıb

Dünya

29.05.2020 - 14:20

Son sutkada daha 242 insan koronavirus səbəbindən həyatını itirib

 

Rusiyada pandemiya böhranı davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, son sutkada daha 242 insan koronavirus səbəbindən həyatını itirib.

 

Ötən gün bu göstərici 174 nəfər olub. Başqa sözlə, Rusiya üçün son rəqəm rekord ölüm həddi hesab olunur.

 

Qeyd edək ki, Rusiyada indiyədək 380 minə yaxın insana COVID-19 diaqnozu qoyulub, ölünlərin sayı isə 4 min 384 nəfərə çatıb.

 

Xatırladaq ki, Rusiyada karantin vəziyyəti davam edir.

Müəllif: Ayna.az