Rusiyada general həbs olunub: Kuznetsov yatağında qandallanıb

Dünya

14.05.2024 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi saxlanılıb: “Təhlükəsizlik qüvvələri generala qarşı qəsdən sərt davranıb”

Rusiya Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov mayın 13-də saxlanılıb. AYNA-nın xəbərinə görə, TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, ogeneral cinayət törətməkdə şübhəli bilinir.

Bundan əvvəl Rusiyanın hökumətyönlü “Telegram” kanalları Kuznetsovun saxlanması barədə məlumat yayıb. “VÇK-OGPU” “Telegram” kanalı iddia edir ki, Kuznetsov “öz yatağında qandallanıb”, onun ardınca gələn təhlükəsizlik qüvvələri isə “generala qarşı qəsdən sərt davranıb” və “hərbçinin malikanəsindəki darvaza və pəncərələri lomla açıblar”.

Kuznetsovun konkret nədə ittiham olunduğunu öyrənmək mümkün deyil, lakin məhkəməyəqədər iclasın eyni gündə keçirildiyi məlumdur. Məhkəmənin saxlanılan şəxsə qarşı hansı həbs qətimkan tədbiri seçdiyi də məlum deyil. TASS-ın məlumatına görə, Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Kuznetsovun işini araşdırır və müstəntiq şübhəlinin həbs olunmasını istəyib. .

General-leytenantın 55 yaşı var, 2023-cü ilin mayında Vladimir Putinin əmri ilə o, daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Səkkizinci İdarəsinə rəhbərlik edib.

Hökumətyönlü “Rybar” “Telegram” kanalı iddia edir ki, istintaq orqanlarının diqqəti Kuznetsovu “kadr işləri” ilə bağlı deyil, “köhnə işi” ilə bağlı fəaliyyətinə yönəlib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş