Rusiyada çoxuşaqlı atalar üçün sosial təminat məsələsinə baxılacaq – Putin söz verib

Dünya

10.01.2024 - 16:19

cedabet dərman SEO Xidməti

“Belə kişilər, belə atalar, əlbəttə ki, dövlətin daha çox diqqətinə layiqdirlər”

Rusiya Prezidenti Vladimir Putin çoxuşaqlı atalara sosial təminatların genişləndirilməsi ideyasını nəzərdən keçirəcəyinə söz verib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə dövlət başçısı Çukotkada şəhər sakinləri ilə görüşündə deyib.

“Biz buna mütləq baxacağıq”, - Putin vurğulayıb.

Rusiya lideri qeyd edib ki, uşaq dünyaya gətirmək və böyütməkdə bütün yük qadının üzərinə düşür, ona görə də cəmiyyətdə anaya yüksək kult özünü doğruldur.

Eyni zamanda, Putin ailədə kişinin təsirinin vacibliyini qeyd edib, çoxuşaqlı atalara heyran olduğunu bildirib.

“Belə kişilər, belə atalar, əlbəttə ki, dövlətin daha çox diqqətinə layiqdirlər”, - deyə o, yekunlaşdırıb.

Daha əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, hakimiyyət çoxuşaqlı ailələrin vahid hüquqi statusunu, eyni zamanda, onlar üçün əsas sosial təminatları federal səviyyədə konsolidasiya etmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş