Rusiyada ağır yol nəqliyyat hadisəsi qeydə alınıb
Rusiyanın İvanovo şəhərində avtomobilin yaşayış binasına çırpılması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə Rusiya mətbuatına məlumat yayıb.
“Maşın evə çırpılıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb, o, rayon klinik xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.