“Baş verən hadisələr yeni böhranın yaxınlaşması deməkdir”
Koreya yarımadası ətrafında hərbi-siyasi eskalasiya ilə əlaqədar bu bölgədə yeni böhran yaxınlaşır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinin direktoru Georgi Zinovyev deyib.
Onun sözlərinə görə, Koreya yarımadasında baş verən hadisələr yeni böhranın yaxınlaşması deməkdir və bunun əlaməti hərbi-siyasi gərginliyin artmasıdır.
Zinovyev həmçinin KXDR, eləcə də ABŞ və onun Koreya Respublikası və Yaponiya timsalında müttəfiqləri arasında döyüşkən ritorikanın artdığını qeyd edib.
Sentyabrın 7-də KXDR-in Moskvadakı səfiri Seung Hong Çol bildirib ki, Şimali Koreya ABŞ-ın siyasətinə görə qaynar nöqtələrdən birinə çevrilir.