Rusiya XİN: “G7 ölkələri Ukrayna ilə bağlı Hindistana təzyiq göstərirlər”

Dünya

08.09.2023 - 16:05

cedabet dərman SEO Xidməti

“Hindistan bu şərtlərdə G20-nin iqtisadi mandatına əsaslanaraq neytral statusa riayət etməyə çalışır”

“Böyük yeddilik” (G7) ölkələri Ukrayna münaqişəsi ətrafında vəziyyətə birtərəfli yanaşmalarını G20 sammitinin yekun sənədlərində əks etdirmək üçün Hindistana təzyiq göstərirlər. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yerləşdirilib.

“Böyük yeddilik ölkələri Ukrayna ətrafındakı vəziyyətə birtərəfli yanaşmalarının G20 tədbirlərinin yekun sənədlərində öz əksini tapmasını təmin etmək üçün Hindistana təzyiq göstərirlər”, - bəyanatda deyilir.

Rusiya XİN bəyan edib ki, Hindistan bu şərtlərdə G20-nin iqtisadi mandatına əsaslanaraq neytral statusa riayət etməyə çalışır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş