Rusiya XİN ABŞ-la silahlara nəzarətlə bağlı danışıqlarının başlanmasını istisna edir

Dünya

08.07.2024 - 17:26

Həkimlər Klinikalar SEO Xidməti

“Hazırda bizim bazamız yoxdur və bu sahədə hətta danışıqlara deyil, sadəcə olaraq ilkin dialoqa başlamaq üçün baza yarada bilməyəcəyik”

“Rusiya Vaşinqtonun Moskvaya qarşı hərəkətlərinə görə silahlara nəzarət məsələsində ABŞ-la hətta ilkin danışıqların başlanmasını istisna edir”. AYNA xəbər verir ki, bu sözləri “International Affairs” jurnalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Hazırda bizim bazamız yoxdur və bu sahədə hətta danışıqlara deyil, sadəcə olaraq ilkin dialoqa başlamaq üçün baza yarada bilməyəcəyik. Səbəb Vaşinqtonun dağıdıcı kursudur”, - diplomat bildirib.

Ryabkov onu da vurğulayıb ki, Rusiya tərəfi, prinsipcə, bu məsələlərdə ABŞ-la danışıqlar apara bilməz. O xatırladıb ki, Vaşinqtonun bəyan etdiyi məqsədlərindən biri Moskvaya “strateji məğlubiyyət” yaşatmaqdır.

Daha əvvəl Ryabkov Rusiyanın nüvə doktrinasına konseptual dəyişiklikləri ehtiva edən düzəlişlərin edilə biləcəyini söylədi. XİN nümayəndəsi Rusiya Prezidenti Vladimir Putinin bu doktrinanın “canlı alət” olması barədə sözlərini də xatırladıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş