"Silahlı birləşmələr hücumu davam etdirərək Verxnetoretskoye-Novoselovka-2 xəttinə çatıblar"
Rusiya qüvvələri Ukraynanın cənubundakı Xerson vilayətində bütün ərazilərə tam nəzarəti ələ keçirib.
AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenov bildirib.
“Rusiya Federasiyasının silahlı qüvvələri Xerson vilayətinin bütün ərazisini tam nəzarətə götürüb. Silahlı birləşmələr hücumu davam etdirərək ukraynalı millətçilərin müdafiəsini yarıb Panteleymonovka qəsəbəsini nəzarətə götürərək Verxnetoretskoye-Novoselovka-2 xəttinə çatıblar”, - deyə nazirlik rəsmisi vurğulayıb.
Qeyd edilir ki, Rusiya qüvvələri son 24 saat ərzində Ukraynaya məxsus altı Bayraktar TB-2 pilotsuz təyyarəsini vurub.