193 rusiyalı hərbçi 193 ukraynalı hərbçi ilə dəyişdirilib
Rusiya Ukrayna əsirliyindən 193 hərbçini geri qaytarıb. Razılaşmaya əsasən, Ukrayna Silahlı Qüvvələrindən 193 hərbi əsir Ukraynaya təhvil verilib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Azad edilən rus hərbçiləri hazırda Belarusdadır və orada lazımi psixoloji və tibbi yardım göstərilir. Daha sonra onlar hərbi tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar”, - deyə qeyd olunub.
Ukraynada Ukrayna Prezidenti Volodimir Zelenski də yeni əsir mübadiləni elan edib. Dövlət başçısı qeyd edib ki, "193 ukraynalı əsgər mübadilənin bir hissəsi olaraq evə qayıdıb".
Onun sözlərinə görə, vətənə qayıdan hərbçilər arasında Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Milli Polis və Dövlət Xüsusi Nəqliyyat Xidmətindən olan hərbçilər var.
"Onlar Ukraynanı müxtəlif sahələrdə müdafiə ediblər. Onların arasında Rusiyanın cinayət işi açdığı və yaralanan şəxslər də var", - deyə Prezident əlavə edib.
Qeyd edək ki, 9 apreldə Rusiya və Ukrayna həlak olanların cəsədlərini mübadilə ediblər. Rusiya Ukraynaya 1000 cəsəd, Ukrayna isə 41 rus hərbçisinin cəsədini təhvil verib.