Rusiya Ukraynanı raket atəşinə tutub

Dünya

15.11.2022 - 20:16

Həkimlər Klinikalar SEO Xidməti

Yaşayış binaları dağılıb, elektrik enerjisi kəsilib

Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib. 

AYNA "Report"a istinadən xəbər verir ki, paytaxt Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb. 

Bundan başqa, raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb.  

Məlumatda həmçinin Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib. 

Hazırda Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərdə partlayışların baş verdiyi qeyd olunub. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş