Rusiya Ukrayna şəhərlərinə dronlarla hücum edib

Dünya

29.12.2023 - 11:35

cedabet dərman SEO Xidməti

Xarkov, Lvov və bir sıra digər şəhərlərdə partlayışlar baş verib

Rusiya qoşunları Ukraynanın şəhərlərinə dronlarla hücumlar edib. AYNA bu barədə Ukrayna mediasına istinadən bildirir.

Xarkov meri İqor Terexov bildirib ki, şəhərdə azı altı partlayış baş verib.

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Ukraynanın demək olar ki, bütün ərazisində, o cümlədən Xarkov vilayətində hava hücumu xəbərdarlığı elan edilib.

Dekabrın 29-na keçən gecə Odessada və Lvovda da partlayışlar baş verib.

Lvov meri Andrey Sadovoy “Zerkalo Nedeli” nəşri ilə söhbətində hava hücumu həyəcanı fonunda şəhərə iki hücum olunduğunu deyib.

"Lvovda kritik infrastruktur obyektində yanğın baş verib", - bildirib.

Ukraynanın “Public” nəşri Çerkassıda partlayışlar barədə məlumat yayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş