Rusiya-Ukrayna müharibəsi buğdanı bahalaşdırıb

Dünya

16.07.2026 - 19:17

Dünya bazarında qiymətlər sürətlə artır

Rusiya ilə Ukrayna arasında davam edən müharibə dünya bazarında buğdanın qiymətinin kəskin şəkildə bahalaşmasına səbəb olub.

AYNA.AZ xəbər verir ki, Ukraynanın pilotsuz uçan aparatları (PUA) Azov və Qara dənizdə Rusiyaya məxsus yük gəmilərini hədəf aldıqdan sonra Çikaqo əmtəə birjasında (dünyanın kənd təsərrüfatı mallarının satıldığı platforma) buğdanın qiyməti 5 faiz artıb. Rusiyanın cavab olaraq Ukraynanın limanlarına raket zərbələri endirməsi vəziyyəti daha da gərginləşdirib.

“Bloomberg” yazır ki, iyulun 6-dan bu günə kimi dünya bazarında buğdanın qiyməti 13 faiz artıb. Hazırda 1 buşel buğdanın qiyməti 6,76 dollara satılır (1 tonu 248,4 dollar). Son 9 gün ərzində Ukrayna Rusiya məxsus yükləri daşıyan 116 gəmiyə PUA ilə hücum edib.

Dünya bazarına Kanada və Qazaxıstan ilə yanaşı, Rusiya ilə Ukrayna da buğda ixrac edir. Ukrayna PUA-larının Rusiyanın neftayırma zavodlarına hücumu nəticəsində ölkədə yanacaq çatışmazlığı yaşanıb ki, bu da məhsulun biçilməsinə (yığılmasına) imkan vermir. Rusiya da öz növbəsində Ukrayna limanlarına raket zərbələri endirərək ixracın qarşısını alır ki, bu da dünya bazarında buğdanın qiymətinin artmasına səbəb olur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş