“Yekun qərarı ölkənin ali siyasi rəhbərliyi verəcək”
Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi “Taliban” hərəkatının terrorçular siyahısından çıxarılması məsələsinə baxır. AYNA xəbər verir ki, bu barədə “Gazeta.ru”ya Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Rusiyanın müvafiq idarələri “Taliban” hərəkatının terror təşkilatı siyahısından çıxarılması məsələsini nəzərdən keçirir.
““Taliban” hərəkatının terror təşkilatı statusunun ləğvi məsələsi Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Ədliyyə Nazirliyi və Rusiyanın digər müvafiq qurumları tərəfindən araşdırılır. Yekun qərarı ölkənin ali siyasi rəhbərliyi verəcək”, - Rusiya XİN-dən bildirilib.