Rusiya sülhməramlıları Dnestryanıdan çıxmayacaq

Dünya

05.01.2021 - 15:02

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “Bu, potensial təhlükə vəd edən açıqlamadır”

 

“Rusiya Moldovanın münaqişəli Dnestryanı bölgəsində yerləşdirilmiş sülhməramlılarını çıxarmağa tələsmir”. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Peskov deyib ki, Moldova Prezidenti Maya Sandunun sülhməramlıların bölgədən çıxarılması barədə açıqlaması zərərlidir: “Bu, potensial təhlükə vəd edən açıqlamadır. Rusiya sülhməramlılarının münaqişə bölgəsi olan Dnestryanıda atəşkəsi və təhlükəsizliyi qoruyur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş