Nazir: “Artıq bir neçə aydır ki, Rusiyanın Polşanın hava hücumundan müdafiəsini yoxlamaq cəhdlərini müşahidə edirəm”
“Son zamanlar Rusiya Polşanın hava hücumundan müdafiə sisteminin imkanlarını sınaqdan keçirir”. AYNA xəbər verir ki, bu fikri Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski “TVP İnfo” kanalında müsahibəsində bildirib.
“Artıq bir neçə aydır ki, mən Rusiyanın Polşanın hava hücumundan müdafiəsini yoxlamaq cəhdlərini müşahidə edirəm”, - Daxili İşlər Nazirliyinin rəhbəri deyib.
Qeyd edək ki, martın 24-də Polşa Müdafiə Nazirliyi ölkənin hava məkanını pozan Rusiya raketi barədə məlumat yayıb. Obyekt Ukrayna ilə sərhəddə yerləşən Oserdov şəhəri yaxınlığında aşkarlanıb və 39 saniyə ərzində Polşa ərazisi üzərində qalıb.