Rusiya paytaxtının İrkutska köçürülməsi təklif edildi: Kremldən reaksiya

Dünya

16.01.2024 - 14:49

cedabet dərman SEO Xidməti

Dmitri Peskov: “Paytaxtın İrkutska köçürülməsi ideyası qeyri-realdır”

“Rusiyanın paytaxtının köçürülməsi mümkün deyil”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Mən bu təşəbbüsün həyata keçirilə biləcəyini düşünmürəm”, - deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, yakut tarixçi Afanasi Nikolaev tərəfindən Rusiya Prezidenti Vladimir Putinə ölkə paytaxtının İrkutska köçürülməsi təklif edilib. Təşəbbüsün müəllifi təklifini coğrafi mülahizələrlə əsaslandırıb. Onun sözlərinə görə, İrkutsk paytaxt kimi xarici təhlükələrdən qorunacaq, təhlükəsizlik artacaq.

“Məncə, bu, Rusiyanın Avropa və Asiya hissələrinin balanslaşdırılmış inkişafını təmin edəcək”, - tarixçi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş