Putin Paşinyanın Moskvaya səfərini gözləyir

Dünya

19.01.2024 - 13:05

cedabet dərman SEO Xidməti

Səfir: “Rusiya Baş nazirin Aİİ-nin Moskvada keçiriləcək yubiley sammitində iştirakını gözləyir”

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın may ayında Moskvada keçiriləcək Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirakını gözləyir. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

“Xatırladıram ki, bu il Ermənistan Aİİ Şurasına sədrlik edir. Bu, həmçinin nümayəndə heyətlərinin mübadiləsini və səfərləri nəzərdə tutur. May ayında Moskvada Aİİ-nin yubiley sammitinin keçirilməsi planlaşdırılır və təbii ki, Rusiya tərəfi ölkə lideri, sədr, Baş nazir Paşinyanın iştirakını gözləyir”, - səfir bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası münasibətlər praktikasında adi haldır və bu məsələ gündəmdə olub, var və qalır.

“Xatırladıram ki, bu yaxınlarda, bir ay əvvəl burada, İrəvanda ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildi. Orada həm Rusiyanın, həm də Ermənistanın müxtəlif nazirliklərinin kifayət qədər çoxlu yüksək vəzifəli nümayəndələri iştirak edirdi. Bu, ikitərəfli münasibətlərimizdə çox mühüm, əlamətdar hadisə idi. Təbii ki, qəbul edilmiş qərarlar, mühüm qərarlar həyata keçiriləcək və təbii ki, təmaslar və səfərlər tələb olunacaq”, - Kopırkin qeyd edib.

Səfir əlavə edib ki, 2024-cü ildə planlaşdırılan əlamətdar tədbirlərdə iştirak etmək üçün Rusiya tərəfdən erməni həmkarlarına bir sıra dəvətlər var: “Hər şeyi indi deməyəcəm, biz bu məsələ üzərində işləyirik. Təbii ki, bu cür mübadilələr, o cümlədən yüksək səviyyədə səfərlər gündəmdədir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş