Rusiya Moldovada dövlət çevrilişi etmək istəyir?

Dünya

22.02.2023 - 14:29

cedabet dərman SEO Xidməti

XİN başçısı Avropa İttifaqından Şora qarşı sanksiya tətbiq etməyi istəyib

Moldovanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqına ölkənin “Şor” Partiyasının lideri İlon Şorla bağlı müraciət edib. Rəsmi Kişinyov Şora qarşı sanksiya tətbiqinə çağırır.

AYNA xarici mediaya istinadən bildkirir ki, bu barədə XİN başçısı Nikolay Popesku bildirib. Nazir partiya sədrini Moskvanın dəstəyi ilə Kişinyova qarşı hibrid müharibə aparmaqda ittiham edib.

Popeskunun sözlərinə görə, Ukraynanın müqaviməti və əzmkarlığı səbəbindən Moldova sərhədində hərbi ssenari riski yoxdur: “Amma dağıdıcı hibrid fəaliyyətlər və dövlət çevrilişinə cəhd riskləri var”.

Qeyd edək ki, bundan əvvəl Moldova Prezidenti Maya Sandu Rusiyanı etirazlar yolu ilə ölkədə hakimiyyət çevrilişi etmək və növbədənkənar seçkilər keçirmək məqsədilə hibrid müharibə aparmaqda ittiham etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş