Rusiyanın Ukrayna paytaxtına hücumu zamanı tələfat və dağıntı qeydə alınmayıb
Avqustun 6-na keçən gecə Rusiya ordusu Ukraynaya hava zərbəsi endirib. AYNA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının məlumatına görə, Rusiya hərbçiləri dörd “İsgəndər-M” ballistik raketi, iki “X-59” idarə olunan raketi və 16 hücum pilotsuz təyyarəsi ilə hücum ediblər.
Bildirilib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri iki “İskəndər” raketini, iki Kh-59 raketini və 15 kamikadze pilotsuz təyyarəni vurmağa nail olub.
Məlumatda deyilir ki, hava hədəfləri Kiyev, Xerson, Nikolayev və Xmelnitski vilayətlərində vurulub.
Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, Rusiyanın Ukrayna paytaxtına hücumu zamanı tələfat və dağıntı qeydə alınmayıb.
Kiyev vilayət administrasiyası hava hücumundan müdafiə qüvvələrinin yaşayış və kritik infrastruktur obyektlərinin vurulmasının qarşısını aldığını bildirib. Düşmüş raketlərin və pilotsuz təyyarələrin dağıntıları bir yaşayış binasına, iki yanacaqdoldurma məntəqəsinə və bir evə ziyan vurub. Ölən və yaralananlar olmayıb.
Nikolayev vilayətində Rusiyanın 13 pilotsuz təyyarəsi bir gecədə vurulub. Bu barədə hərbi administrasiyanın rəhbəri Vitali Kim bildirib. Düşən dronların dağıntıları nəticəsində üç fərdi ev və iki istirahət mərkəzinin binasına ziyan dəyib. Ölən və yaralananlar olmayıb.