Rusiya İrəvandakı səfiri: “KTMT Ermənistandan üz çevirməyib”

Dünya

23.02.2023 - 14:37

cedabet dərman SEO Xidməti

Sergey Kopırkin: “Ermənistan rəhbərliyi nədənsə Avropa İttifaqı variantına üstünlük verib” 

“Heç kimə sirr deyil ki, Ermənistana monitorinq missiyasının göndərilməsi və hərbi-texniki yardımın göstərilməsi ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərar layihəsi var. Eyni zamanda, Ermənistanın imzalamadığı layihə var”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.

Səfir qeyd edib ki, KTMT bir hərbi qüvvə kimi öz bayrağını Ermənistan ərazisində nümayiş etdirməyə hazırdır: “Əgər bu, müttəfiqi dəstəkləməmək kimi sayılırsa, bəs bu nədir? Müxtəlif gözləntilər var, amma kiminsə gözləntiləri tam olaraq reallaşmırsa, bu o demək deyil ki, heç bir iş görülmür. KTMT-nin Ermənistandan üz çevirməsi və heç bir iş görməməsi fikri doğru deyil”.

“Ermənistan rəhbərliyi nədənsə Avropa İttifaqı variantına üstünlük verib. Müvafiq bəyanatlar səsləndirilir. Bu məsələ ilə bağlı mövqeyimiz də məlumdur”, - diplomat əlavə edib.

Xatırladaq ki, fevralın 20-dən  Ermənistanda Avropa İttifaqının (Aİ) 100 nəfərdən ibarət yeni müşahidə missiyası yerləşdirilib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş