Rusiya iki amerikalı diplomatı arzuolunmaz şəxs elan edib

Dünya

14.09.2023 - 18:56

cedabet dərman SEO Xidməti

Həmin şəxslərin qanunsuz fəaliyyət göstərdikləri bildirilib

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysiyə rəsmi nota verilib. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

Bildirilib ki, sentyabrın 14-də Rusiya XİN-ə çağırılan ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbəri L.Treysiyə rəsmi notanın təqdim edilməsi ilə sərt demarş verilib: “Bu, ABŞ səfirliyinin birinci katibi C.Sillin və səfirliyin ikinci katibi D.Bernşteynin hərəkətlərinin diplomatik statusa uyğun gəlməməsi ilə bağlı olub”.

Qeyd olunub ki, həmin şəxslər xarici dövlətlə konfidensial əməkdaşlıqda ittiham olunan Rusiya vətəndaşı R.Şonovla əlaqə saxlayaraq qanunsuz fəaliyyət göstəriblər: “ABŞ səfirinə məlumat verilib ki, C.Sillin və D.Bernşteyn 7 gün ərzində Rusiya ərazisini tərk etməlidirlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş