Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhəd rayonlarını tərk edirlər

Dünya

12.05.2024 - 17:48

Həkimlər Klinikalar SEO Xidməti

Sərhədçilər Gorus və Qafanda səyyar yaşayış məntəqələrini bağlamağa başlayıblar

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarını tərk edirlər. AYNA-nın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, onlar Gorus və Qafanda səyyar yaşayış məntəqələrini bağlamağa başlayıblar.

Rus hərbçiləri 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşmışdılar.

Qeyd edək ki, bu barədə razılıq mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə olunub. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılıq əsasında yerləşdirildikləri Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindəki postlarını tərk etməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş