“13 nəfərlik gəmi heyəti arasında xəsarət alan yoxdur”
Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, “MIDVOLGA-2” tankeri Rusiyadan Gürcüstana gedərkən Türkiyədən sahilindən 80 mil məsafədə hücuma məruz qalıb.
“13 nəfərlik gəmi heyəti arasında xəsarət alan yoxdur. Gəmidən yardım tələbi daxil olmayıb. Gəmi hazırda Sinop istiqamətində hərəkətini davam etdirir”, - məlumatda vurğulanıb.