Rusiya elan etdi: Ukraynada əməliyyatların ikinci mərhələsi başlayıb

Dünya

22.04.2022 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Minnekayev hədəflərin nədən ibarət olduğunu açıqladı

Rusiya silahlı qüvvələri Ukraynaya hücumun ikinci mərhələsinə başlayıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairənin komandanının müavini Rüstəm Minnekayev məlumat verib.

Minnekayev bildirib ki, hərbi əməliyyatların ikinci mərhələsi başlayıb: "İkinci mərhələdə Rusiya ordusu Donbass və Ukraynanın cənubu üzərində tam nəzarət yaratmağı, Krıma dəhliz, eləcə də Dnestryanı əraziyə çıxışı təmin etməyi planlaşdırır”.

Qeyd edək ki, iki gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Rusiya uzun zamandır Donbas uğrunda döyüşlərə hazırlaşır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş