Rusiya bu gündən miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib

Dünya

01.09.2025 - 18:15

Yeni qərar dövlət büdcəsinə təxminən 17 milyard rubl gəlir gətirəcək

Rusiya miqrasiya axınının artması ilə əlaqədar sentyabrın 1-dən miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Prezident Vladimir Putinin imzaladığı qanuna əsasən, miqrantın yaşayış yeri üzrə qeydiyyata alınması üçün rüsum 500 rubl təşkil edir. Müvəqqəti qalma müddətinin uzadılması 1000 rubl, xarici vətəndaşın yaşayış yerində qeydiyyata alınması üçün rüsum 420 rubldan 1000 rubla qədər artırılıb.

Bu tədbirlər miqrantlara nəzarətin gücləndirilməsinə, qeyri-qanuni miqrasiya risklərinin azaldılmasına yönəlib və dövlət büdcəsinə təxminən 17 milyard rubl gəlir gətirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş