Rus qoşunları Xersondan Dnepr çayının sol sahilinə köçməyə başlayıblar

Dünya

10.11.2022 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Ukraynanın Nikolayev-Krivoy Roq istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələri təsdiq edilmiş plana uyğun olaraq, Dnepr çayının sol sahilində hazırlanmış mövqelərə köçürülür. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.

Qeyd edək ki, noyabrın 9-da Ukraynada “xüsusi hərbi əməliyyat”ın komandanı, ordu generalı Sergey Surovikin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dnepr çayının sol sahili boyunca müdafiənin təşkilini məqsədəuyğun hesab ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş