Rus general Moskvada avtomobilində partladılaraq öldürülüb

Dünya

22.12.2025 - 11:21

Hadisənin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi ehtimal edilir

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobil partlayışında həlak olub. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 22 dekabr səhər saatlarında Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu partladılıb. Nəticədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

İstintaq Komitəsi qeyd edib ki, "Qətllə bağlı istintaq müxtəlif versiyalar irəli sürür. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş