Rumıniyada NATO-nun Ukraynaya silah tədarükü mərkəzi açılacaq

Dünya

22.12.2025 - 14:51

Yeni mərkəz birbaşa NATO komandanlığı altında olacaq

2026-cı ilin yanvar ayında NATO Ukraynaya silah və hərbi texnikanın koordinasiyası və daşınması üçün Rumıniyada ikinci ən böyük mərkəzini açacaq. AYNA.AZ-ın “Defenseromania.ro” saytına istinadən məlumatına görə, bu barədə Alyansın Ukraynaya Təhlükəsizlik Yardımı və Təlim Missiyasının (NSATU) komandir müavini Mayk Keller qeyd edib.

Bildirilib ki, yeni logistika mərkəzinin yaradılması əlavə silah təchizatı axınını təmin etməli, Şimali Atlantika Alyansının şərq cinahının logistik dayanıqlığını gücləndirməli və Polşanın Rzeszov şəhərindəki ilk mərkəzin yükünü azaltmalıdır.

Keller aydınlıq gətirib ki, yeni mərkəz birbaşa NATO komandanlığı altında olacaq və artilleriya, hava hücumundan müdafiə sistemləri və elektron müharibə avadanlığı üçün sorğuları emal edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş