Mirça Abrudean Azərbaycana gəlib
Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya Parlamenti Senatının sədrini Milli Məclis sədrinin müavini Rafael Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.