"Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır"

Dünya

02.02.2023 - 21:28

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

"Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır".

AYNA xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.

"Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və Azərbaycan Prezidenti Buxarestə səfər etdi. Həmin səfər zamanı biz Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzaladıq", - Rumıniya lideri qeyd edib.

Klaus Yohannis Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına, enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazır olduğunu deyib.

Müəllif: Ayna.az