Səbəb Rusiya tərəfinin Ukrayna münaqişəsi ilə bağlı güzəştlərə hazır olmamasıdır
Ağ Ev administrasiyası ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planlaşdırılan görüşünü təxirə salıb. AYNA.AZ CNN-ə istinadən bildirir ki, bu qərar onların arasında baş tutan telefon danışığından sonra Rusiya tərəfinin Ukrayna münaqişəsi ilə bağlı güzəştlərə hazır olmadığı qənaətinə gəlinməsindən sonra verilib.
Telekanalın mənbələrinin sözlərinə görə, amerikalı rəsmilər Rusiyanın mövqeyinin hələ də sərt və maksimalist xəttə əsaslandığını bildiriblər.
“Bu səbəbdən Marko Rubio gələn həftə ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında planlaşdırılan görüşün keçirilməsini tövsiyə etməyəcək”, - məlumatlı mənbə qeyd edib.
Bildirilib ki, yaxın günlərdə Marko Rubio və Sergey Lavrov arasında daha bir telefon danışığının baş tutacağı gözlənilir.