Rubinyan Bono ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını müzakirə edib

Dünya

09.01.2024 - 16:25

cedabet dərman SEO Xidməti

Erməni spikerlə ABŞ rəsmisi Ermənistanla Azərbaycan arasında sülh sazişi məsələsinə də toxunublar

Yanvarın 9-da Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş müşaviri Lui Bononu ilə görüşüb.

AYNA erməni mediasına istinadən bildirir ki, görüşdə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Quinn də iştirak edib.

Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.

Onlar Ermənistanla Azərbaycan arasında sülh sazişi məsələsinə də toxunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş