Polislər etirazçıları Binəqədi Rayon İcra Hakimiyyətinə yönəldiblər
Bakı Beynəlxalq Avtovağzalın fəhlələri Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. AYNA-nın xəbərinə görə, fəhlələr üç aydır maaşlarını ala bilmədiklərindən şikayətçidirlər.
Aksiyaçılar bildiriblər ki, əmək müqaviləsi ilə işləyən 64 fəhlə “Röyal” Təmizlik Şirkətindən əməkhaqlarını ala bilmirlər. “Maaşımızı vermirlər. Həm də deyiblər ki, daha işə çıxmayın. Heç olmasa 3 aylıq əməkhaqqımızı versinlər”, - deyə fəhlələrdən biri söyləyib.
Ərazini mühafizə edən polis əməkdaşları etirazçıları Binəqədi Rayon İcra Hakimiyyətinə yönəldiblər.