Rostovda yanacaq anbarına hücum olub

Dünya

18.08.2024 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

Dron hücumundan sonra yanacaq anbarı yanıb

Bazar günü gecə Rusiyanın cənub bölgələri daha bir pilotsuz təyyarə hücumuna məruz qalıb. AYNA rus mediasına istinadən bildirir ki, Rostov vilayətinin cənub-şərqində vurulan pilotsuz təyyarənin qalıqları dizel yanacağı anbarının üzərinə düşüb.

Qubernator Vasili Qolubev bildirib ki, yanğın baş verib. Gecə saatlarında anbara iki dəfə hücum edilib.

Rusiya Müdafiə Nazirliyi bir gecədə beş dronun Belqorod, Kursk və Rostov vilayətləri üzərində vurulduğunu açıqlayıb.

Bu ilin mart ayından etibarən Rusiyanın Ukrayna ilə həmsərhəd rayonları Ukrayna tərəfdən gündəlik atəşə və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Kiyev bir qayda olaraq, bu hücumları şərh etmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş