Vilayət yol polisinin rəhbərləri hadisə yerinə gedib
Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb.
AYNA xəbər verir ki, bu barədə regionun qubernatoru Vasili Qolubev "Telegram"da bildirib.
“Təxminən bir saat öncə Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması sonucunda dördü uşaq olmaqla 8 nəfər ölüb. Vilayət yol polisinin rəhbərləri hadisə yerinə gedib, İstintaq Komitəsinin istintaq qrupu fəaliyyət göstərir, hadisənin səbəbləri müəyyənləşdirilir”, - vilayət başçısı diqqətə çatdırıb.