Ronaldo 950 qol vuran ilk futbolçu olub

İdman

26.10.2025 - 13:34

Porttuqaliyalının ən yaxın rəqibi Lionel Messidir

Səudiyyə Ərəbistanında "Əl-Nasr"da oynayan portuqaliyalı hücumçu Kriştiano Ronaldo 950 qol vuran ilk futbolçu olub.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasının altıncı turunun "Əl-Hazm"a qarşı səfər matçında qol vurub. Onun qolu hesabı "Əl-Nasr"ın xeyrinə 2-0 edib.

Ronaldonun ən yaxın rəqibi Lionel Messidir. Amerikanın "İnter Mayami" klubunda oynayan argentinalı hücumçu 891 qol vurub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş