Ağdam təmsilçisi xallarını 50-yə çatdırıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. AYNA xəbər verir ki, açılış oyununda “Qəbələ” və “Qarabağ” üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaqların darmadağını ilə yekunlaşıb - 5:0.
Beləliklə, iki turdan sonra yenidən qələbə qazanan “Qarabağ” xalını 50-yə çatdırıb və ən yaxın izləyicisi “Neftçi”dən 4 xal aralanıb.