Gələn il Bakıda Formula 2 keçiriləcək

İdman

11.11.2020 - 15:14

Yarışının vaxtı müəyyənləşib

 

Formula 2 yarışlarının 2021-ci il mövsümünün təqvimi açıqlanıb. AYNA bildirir ki, çempionat martın 26-28-də Bəhreyndə start götürəcək. Mövsümə dekabrın 3-5-də Əbu-Dabidə yekun vurulacaq.

 

Mövsümün üçüncü mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 4-6-da Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümdə 8 mərhələdən ibarət olacaq.

Müəllif: Ayna.az